Pentaqon rəhbəri husilərə qarşı əməliyyat elan etmək niyyətindədir

Pentaqon rəhbəri husilərə qarşı əməliyyat elan etmək niyyətindədir ABŞ-ın müdafiə naziri Lloyd Ostin Yaxın Şərqə səfəri zamanı Qırmızı dənizdə Yəmən husi üsyançılarının təhdidlərinə qarşı əməliyyat planlarını açıqlamaq niyyətindədir.
Digər ölkələr
17 Dekabr , 2023 17:55
Pentaqon rəhbəri husilərə qarşı əməliyyat elan etmək niyyətindədir

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Yaxın Şərqə səfəri zamanı Qırmızı dənizdə Yəmən husi üsyançılarının təhdidlərinə qarşı əməliyyat planlarını açıqlamaq niyyətindədir.

"Report"un məlumatına görə, bu barədə "The War Zone" Pentaqonun nümayəndəsinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, əməliyyat “Prosperity Guardian” əməliyyatı adlanacaq.

Əməliyyatda hansı ölkələrin gəmilərinin orada iştirak edə biləcəyi barədə məlumat verilmir.

Məlumat dekabrın 16-da ABŞ və Böyük Britaniya esmineslərinin Yəmən husiləri tərəfindən Qırmızı dənizin cənubunda ticarət gəmilərinə atdığı 15 pilotsuz uçan aparatın qarşısını aldıqdan sonra ortaya çıxıb.

Hazırda Qırmızı dənizin cənubunda Amerikanın "USS Carney" və "USS Mason" esminesləri, Britaniyanın "HMS Diamond", Fransanın "FS Languedoc" freqatı patrul edir. "Bild" nəşri Almaniyanın "F221 Hessen" freqatını Qırmızı dənizə patrul göndərmək niyyətində olduğunu yazıb.

Qəzza zolağında müharibənin getdiyi bir vaxtda Qırmızı dənizdə gəmilərə hücumlar tez-tez baş verir. HƏMAS-ın dəstəklədiyi husilər İsrailin mövqelərinə hücum edir və yəhidi dövləti ilə əlaqəsi olan gəmilərə qarşı əməliyyatlar keçirəcəklərini bildirirlər. Bu cür bəyanatlardan sonra Qırmızı dənizdə bir neçə ticarət gəmisi hücuma məruz qalıb.

Son xəbərlər

Orphus sistemi