​Pentaqon rəhbəri Bərzani ilə görüşmək üçün İraq Kürdüstanına gəlib

​Pentaqon rəhbəri Bərzani ilə görüşmək üçün İraq Kürdüstanına gəlib Karter muxtar vilayətin prezidenti Məsud Bərzani, eləcə də ABŞ hərbçiləri ilə görüşməyi planlaşdırır
Digər ölkələr
24 İyul , 2015 14:24
​Pentaqon rəhbəri Bərzani ilə görüşmək üçün İraq Kürdüstanına gəlib

Bakı. 24 iyul. REPORT.AZ/ ABŞ-ın müdafiə naziri Eşton Karter İraq Kürdüstanının paytaxtı Ərbil şəhərinə planlaşdırılmamış səfər edib. Bu barədə "Report" RİA Novosti-yə istinadən xəbər verir.

Karter muxtar vilayətin prezidenti Məsud Bərzani, eləcə də ABŞ hərbçiləri ilə görüşməyi planlaşdırır.

Qeyd edək ki, Eşton Karter İraqın Baş naziri Heydər Cavad əl-Abadi ilə görüşmək üçün cümə axşamı Bağdada gəlib.

Pentaqon rəhbəri Yaxın Şərq səfərini bazar günü başlayıb. Bu səfər çərçivəsində Karter İsrail, Səudiyyə Ərəbistanı və İordaniyada olub, orada İranın nüvə proqramı, həmçinin terrorçu "İslam Dövləti" (İD) qruplaşmasına qarşı mübarizə məsələlərini müzakirə edib.

Son xəbərlər

Orphus sistemi