​Pentaqon: Liviyada İŞİD yaraqlılarının sayı bir neçə yüz nəfərə qədər azalıb

​Pentaqon: Liviyada İŞİD yaraqlılarının sayı bir neçə yüz nəfərə qədər azalıb İŞİD-in əsas qüvvələri məhz orada cəmləşib
Digər ölkələr
2 Avqust , 2016 01:39
​Pentaqon: Liviyada İŞİD yaraqlılarının sayı bir neçə yüz nəfərə qədər azalıb

Bakı. 2 avqust. REPORT.AZ/ Liviyada İŞİD qruplaşması yaraqlılarının sayı sayı azalaraq min nəfər, bəlkə də bir neçə yüz nəfər təşkil edir.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirilən brifinqdə ABŞ Müdafiə Nazirliyinin rəsmisi Piter Kuk bildirib.

ABŞ Hərbi Hava Qüvvələrinin silahlıların Siirt şəhərindəki mövqelərinə endirdiyi zərbələrinə həsr olunmuş brifinqdə çıxış edən Piter Kuk deyib ki, İŞİD-in əsas qüvvələri məhz orada cəmləşib.

O, qeyd edib ki, Pentaqon Liviyanın Milli Həmrəylik Hökumətinin müraciəti əsasında yeni zərbələr endirməyə hazırdır.

Qeyd edək ki, əvvəllər Liviyada İŞİD silahlılarının sayının 6 min nəfər olduğu bildirilirdi.

Son xəbərlər

Orphus sistemi