Bakı. 3 iyul. REPORT.AZ/ Terrorçu “İslam dövləti” qruplaşmasının daha bir lideri ötən gün Suriyanın şimalında öldürülüb.
"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Tariq bin Tahar əl-Avni əl-Harzi adlı bu şəxs ABŞ-ın başçılıq etdiyi Beynəlxalq koalisiya qüvvələri tərəfindən Şaddadi şəhərində məhv edilib.
Pentaqon rəsmisi, kapitan Ceff Devis bildirib ki, pilotsuz təyyarənin endirdiyi zərbə nəticəsində öldürülən əl-Harzinin qardaşı da hadisədən bir gün əvvəl İraq ərazisində öldürülüb.
Devisin sözlərinə görə, əl-Harzi İraqa canlı qüvvə və silah-sursat keçirilməsinə nəzarət edib.