Pentaqon: İŞİD Mosulda sakinlərdən "canlı qalxan" kimi istifadə edir

Pentaqon: İŞİD Mosulda sakinlərdən "canlı qalxan" kimi istifadə edir Ceff Devis: "Yaraqlılar dinc sakinləri onların iradəsinə qarşı şəhərdə saxlayır"
Digər ölkələr
19 Oktyabr , 2016 09:54
Pentaqon: İŞİD Mosulda sakinlərdən canlı qalxan kimi istifadə edir

Bakı. 19 oktyabr. REPORT.AZ/ "İŞİD terror qruplaşmasının yaraqlıları Mosulda sakinlərdən "canlı qalxan" kimi istifadə edir və onların şəhəri tərk etmələrinə imkan vermir".

"Report" BBC-yə istinadən xəbər verir ki, bunu Pentaqonun rəsmi nümayəndəsi Ceff Devis deyib.

Onun sözlərinə görə, yaraqlılar dinc sakinləri onların iradəsinə qarşı şəhərdə saxlayır. "Son gündə də hər hansı bir dəyişiklik görməmişik. Camaat şəhəri tərk etmir, oradan qaçmır. Amma təbii ki, onların "canlı qalxan" kimi istifadə olunduğunu bilirik", - deyə C.Devis bildirib.

Qeyd edək ki, İŞİD avqustda Suriyanın Mənbic şəhərini tərk edərkən artıq dinc sakinlərdən "canlı qalxan" kimi istifadə edib.

Şəhərdə nə qədər sakinin olması barədə məlumat mövcud deyil.

Son xəbərlər

Orphus sistemi