Yuxarı

Pentaqon: İŞİD lideri öldürülməyib

Polkovnik Kristofer Harver: Mətbuat bu əməliyyat barədə qeyri-dəqiq məlumatlar yayır

Bakı. 15 iyun. REPORT.AZ/ ABŞ İŞİD terror qruplaşmasının lideri Əbu Бəkr əl-Bağdadinin məhv edilməsini təsdiq edə bilməz. "Report" xəbər verir ki, bu barədə ABŞ qoşunlarının İraqda və Suriyada iştirak edən antiterror əməliyyatları qrupunun rəsmisi, polkovnik Kristofer Harver məlumat verib.

Bağdaddan telekörpü vasitəsilə Pentaqonun mətbuat mərkəzində toplaşan jurnalistlər üçün brifinq keçirən polkovnik qeyd edib ki, mətbuatın bu haqda yazdıqları həqiqəti əks etdirmir.

"Biz məlumatı təsdiqləyə bilmərik. Mətbuat bu əməliyyat barədə qeyri-dəqiq məlumatlar yayır. Biz bu gün Rakkaya hava zərbələri endirməmişik.

Bununla belə, İŞİD-ə qarşı müharibə davam edir, onun başçılarına hücüm edəcəyik" – deyə o bildirib.

Qeyd edək ki, ərəb internet portalı "Elaf" öz mənbələrinin məlumatlarına əsasən ABŞ-ın rəhbərlik etdiyi antiterror koalisiyasının hava zərbələri nəticəsində İŞİD liderinin Suriya ərazisində məhv edilması haqda xəbər yayıb. Digər media orqanları da iddia edir ki, əl-Bağdadi antiterror koalisiyasının havadan endirilən zərbəsi nəticəsində Rakka şəhəri yaxınlığında öldürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi