Yuxarı
    Bağlamaq

    Pentaqon İranın Hərbi Dəniz Qüvvələrinin artan təxribatlarından narahatdır

    General: Bu davranış bizi çox narahat edir

    Baku. 30 avqust. REPORT.AZ/ Son günlər İranın Hərbi Dəniz Qüvvələri Fars körfəzindəki Amerika gəmilərinə qarşı təxribatların sayını artırıb.

    “Report” RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-nın Yaxın Şərq Komandanlığının rəhbəri general Cozef Votel bildirib.

    "Bu, bizi çox narahat edir və biz ümidvarıq ki, İran Hərbi Dəniz Qüvvələri daha peşəkar şəkildə davranacaq", - C.Votel brifinqdəki çıxışında deyib.

    O, eyni zamanda, Amerika Hərbi Dəniz Qüvvələrinin bu şəraitdə peşəkar hərəkətlərini xüsusi vurğulayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi