Pentaqon İranın yaraladığı ABŞ hərbçilərinin sayını açıqladı - VİDEO

Pentaqon İranın yaraladığı ABŞ hərbçilərinin sayını açıqladı - VİDEO İranın İraqdakı ABŞ bazasına endirdiyi raket zərbələri zamanı Birləşmiş Ştatların azı 109 hərbi qulluqçusu xəsarət alıb.
Digər ölkələr
11 Fevral , 2020 03:29
Pentaqon İranın yaraladığı ABŞ hərbçilərinin sayını açıqladı - VİDEO

İranın İraqdakı ABŞ bazasına endirdiyi raket zərbələri zamanı Birləşmiş Ştatların azı 109 hərbi qulluqçusu xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə RİA “Novosti”yə Pentaqonun mətbuat xidmətindən bildirilib.

"Bu, son hesabatdakından 45 nəfər çoxdur", - hərbi müəssisədə qeyd edilib.

Mətbuat xidmətinin məlumatına görə, artıq 76 hərbçi vəzifələrinin icrasına qayıdıb. Almaniyaya daha dəqiq müayinə üçün ümumilikdə 27 hərbçi göndərilib. Lakin sonra onlardan 21-i ABŞ-a göndərilib. 

Qeyd edilir ki, həkimlər 5 nəfərin səhhətinin müalicəsini davam etdirirlər, 1 nəfər İraqdakı xidmətinə qayıdıb.

Xatırladaq ki, ABŞ yanvarın 3-də Bağdadda İran generalı Qasım Süleymaninin zərərsizləşdirilməsi ilə bağlı əməliyyat keçirib. İran buna cavabında İraqın qərbində ABŞ hərbçilərinin yerləşdirildiyi Eyn-al-Asad bazasına raket zərbələri endirib. Əvvəlcə ABŞ prezidenti Donald Tramp və Pentaqon rəhbərliyi atəş zamanı xəsarət alanın olmadığını bildirirdi.

Son xəbərlər

Orphus sistemi