Pentaqon hərbçilərini Somalidən çıxarmağa başlayıb

Pentaqon hərbçilərini Somalidən çıxarmağa başlayıb Amerika qoşunlarının Somalidən çıxarılması və Şərqi Afrikadakı digər bazalara köçürülməsinə başlanılıb.
Digər ölkələr
20 Dekabr , 2020 09:49
Pentaqon hərbçilərini Somalidən çıxarmağa başlayıb

Amerika qoşunlarının Somalidən çıxarılması və Şərqi Afrikadakı digər bazalara köçürülməsinə başlanılıb.

“Report” xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

ABŞ qoşunlarının Afrikadakı komandanı, general Stiven Taunsend deyib ki, artıq amerikalı hərbçilərin Somalidən Şərqi Afrikadakı digər bazalara yerləşdirməsi ilə bağlı müvafiq əmr verib.

Qeyd edək ki, ABŞ hərbçiləri 2017-ci ildə terrorçuluğa qarşı mübarizə çərçivəsində ölkə prezidenti Donald Tramp tərəfindən Somaliyə göndərilib. Hazırda Somalidə əsasən xüsusi təyinatlılardan ibarət 700 ABŞ hərbçisi var.

Son xəbərlər

Orphus sistemi