Yuxarı

Pentaqon: Əfqanıstanın Kunduz şəhərində vəziyyət stabil deyil

ABŞ hərbi qüvvələri həmin əraziyə hava hücumları təşkil edib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Əfqanıstanın Kunduz şəhərində yeni toqquşmalar qeydə alınıb.

ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Piter Kuk bəyan edib ki, ABŞ Talibanın nəzarətində olan bu şəhəri ələ almağa cəhd göstərən təhlükəsizlik qüvvələrinə dəstək verəcək.

“Kunduz şəhərində vəziyyət stabil deyil. Lakin biz Əfqanısan ordusunun hazırlıq səviyyəsindən əminik”, - deyə Pentaqon rəsmisi vurğulayıb.

ABŞ hərbi qüvvələri artıq həmin əraziyə hava hücumları təşkil edib.

Taliban bayrağını şəhər mərkəzində dalğalandıraraq 500 məhbusu həbsxanadan azad edən Taliban nümayəndələri isə yeni əraziləri ələ keçirdiklərini iddia edirlər.

Əfqanıstan baş komandanın müavini general Murad Əli Murad isə bildirib ki, hərbi qüvvələr şəhəri mühasirəyə alıb.

Kunduz şəhərinin hökumət qüvvələrinin nəzarətindən çıxması prezident Əşrəf Qani iqtidarı üçün böyük uğursuzluq kimi qiymətləndirilir.

Taliban sözçüsü Zabihullah Mücahid media vasitəsi ilə xarici humanitar qrupların Kunduzda fəaliyyətlərini fasiləsiz davam etməyə çağırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi