Pentaqon Əfqanıstana bombardmançı təyyarələr göndərdi

Pentaqon Əfqanıstana bombardmançı təyyarələr göndərdi ABŞ-ın Müdafiə Nazirliyi ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ərəfəsində Birləşmiş Ştatların hərbçilərinin müdafiəsi üçün bu ölkəyə iki bombardmançı təyyarə göndərib
Digər ölkələr
24 Aprel , 2021 04:26
Pentaqon Əfqanıstana bombardmançı təyyarələr göndərdi

ABŞ-ın Müdafiə Nazirliyi qoşunlarının Əfqanıstandan çıxarılması ərəfəsində Birləşmiş Ştatların hərbçilərinin müdafiəsi üçün bu ölkəyə iki bombardmançı təyyarə göndərib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Pentaqonun nümayəndəsi Con Kirbi bildirib.

O qeyd edib ki, həmçinin təyyarə daşıyan "Eyzenhauer" gəmisi Əfqanıstanda müəyyən vaxt müddətində Mərkəzi komandanlığın məsuliyyəti zonasında qalacaq.

Kirbinin sözlərinə görə, iki B-52 bombardmançısı artıq ölkəyə gəlib. Bundan başqa, yerüstü qoşunların və köməkçilərin də sayı arta bilər.

Pentaqon sözçüsünün sözlərinə görə, ABŞ-ın hərəkətləri yalnız qoşunların müdafiəsi ilə yox, həm də loqistika ilə bağlıdır.

Daha əvvəl ABŞ prezidenti Cozef Bayden generallar şurasının əleyhinə çıxaraq, Birləşmiş Ştatların qoşunlarının Əfqanıstandan çıxarıldığını elan edib.

Son xəbərlər

Orphus sistemi