Pentaqon Donald Trampın təyyarələrinin interyerinə 34 milyon dollar xərcləyib

Pentaqon Donald Trampın təyyarələrinin interyerinə 34 milyon dollar xərcləyib Bakı. 17 avqust. REPORT.AZ/ Pentaqon bir il ərzində ABŞ prezidenti Donald Trampın iki ehtiyat təyyarəsinin interyerinin (içərisinin) dəyişdirilməsinə 34 milyon dollardan çox vəsait xərcləyib.
Digər ölkələr
17 Avqust , 2018 11:24
Pentaqon Donald Trampın təyyarələrinin interyerinə 34 milyon dollar xərcləyib
AP

Bakı. 17 avqust. REPORT.AZ/ Pentaqon bir il ərzində ABŞ prezidenti Donald Trampın iki ehtiyat təyyarəsinin interyerinin (içərisinin) dəyişdirilməsinə 34 milyon dollardan çox vəsait xərcləyib.

"Report" "Defence One"ə istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri avqustun 14-də "Boeing" şirkəti ilə 16 milyon dollarlıq müqavilə imzalayıb.

Müqavilə prezident təyyarələrindən birinə interyerin təkmilləşdirilmiş detallarının quraşdırılmasını nəzərdə tutur. Bundan başqa, təyyarənin VIP kabinəsində yeni xalılar döşənəcək və oturacaqlar qoyulacaq.

Son xəbərlər

Orphus sistemi