Pentaqon: DNT analizi İŞİD liderinin şəxsiyyətini təsdiq edib

Pentaqon: DNT analizi İŞİD liderinin şəxsiyyətini təsdiq edib DNT analizinin nəticələri təsdiq edib ki, Birləşmiş Ştatların xüsusi əməliyyatının gedişatında öldürülmüş şəxs məhz İŞİD lideri Əbu Bəkr Əl Bağdadidir.
Digər ölkələr
31 Oktyabr , 2019 05:59
Pentaqon: DNT analizi İŞİD liderinin şəxsiyyətini təsdiq edib

DNT analizinin nəticələri təsdiq edib ki, Birləşmiş Ştatların xüsusi əməliyyatının gedişatında öldürülmüş şəxs məhz İŞİD lideri Əbu Bəkr Əl Bağdadidir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun Mərkəzi Komandanlığının başçısı Kennet Makkenzi bildirib.

"Təcili analiz (meyitdən götürülmüş) nümunələr arasında uyğunluğu göstərdi", - deyə o bildirib.

Makkenzi həmçinin əlavə edib ki, nəticələrin səhv olma ehtimalı 1-in 104 septilyona təşkil edir.

Oktyabrın 27-də ABŞ prezidenti Donald Tramp bildirib ki, İŞİD lideri Əbu Bəkr əl-Bağdadi Suriyada keçirilmiş xüsusi əməliyyat zamanı məhv edilib. 

Son xəbərlər

Orphus sistemi