Pentaqon bir neçə yüz hərbçinin Əfqanıstandan çıxarılmasını təsdiqləyib

Pentaqon bir neçə yüz hərbçinin Əfqanıstandan çıxarılmasını təsdiqləyib ABŞ-ın Müdafiə Nazirliyi – Pentaqon Əfqanıstandan bir neçə yüz hərbçinin çıxarılmasını təsdiqləyib. “Report” xəbər verir ki, bu barədə nazirliyin təmsilçisi bildirib. "Biz ABŞ-ın Əfqanıstandan bir neçə yüz hərbi qulluqçusunun çıxarılmasını təsdiqləyə bi
Digər ölkələr
25 Avqust , 2021 02:57
Pentaqon bir neçə yüz hərbçinin Əfqanıstandan çıxarılmasını təsdiqləyib

ABŞ-ın Müdafiə Nazirliyi – Pentaqon Əfqanıstandan bir neçə yüz hərbçinin çıxarılmasını təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə nazirliyin təmsilçisi bildirib.
"Biz ABŞ-ın Əfqanıstandan bir neçə yüz hərbi qulluqçusunun çıxarılmasını təsdiqləyə bilərik", - Müdafiə Nazirliyinin nümayəndəsi Con Kirbinin bəyanatında deyilir.
Onun sözlərinə görə, söhbət Kabil aeroportunu tərk etməli olan qərargah hərbçilərindən və köməkçi əməkdaşlardan gedir. Onların işi qurtarıb.
"Bu, həyata keçirilən missiyaya təsir etməyəcək", - Kirbi qeyd edib.

Bundan əvvəl ABŞ prezidenti Cozef Bayden Kabilə bir neçə min hərbçi göndərərək, Birləşmiş Ştatların hərbi qüvvələrinin sayını 6 min nəfərdən çox insana çatdırıb. Bu, amerikalıların və onlarla işləyən əfqanların təxliyəsini təmin etmək üçün edilib.

Son xəbərlər

Orphus sistemi