Bakı. 19 mart. REPORT.AZ/ ABŞ-ın Müdafiə Nazirliyi 2016-cı ilin dövlət büdcəsindən Avropadakı NATO üzvü olan müttəfiqlərini dəstəkləmək məqsədi ilə 789 milyon dollar xərcləməyi planlaşdırır.
"Report" xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, bu haqda Pentaqon Konqresin müvafiq komitəsinə sənəd təqdim edib.
Məlumata görə, 2016-cı ildə Pentaqon xaricdəki əməliyyatlar üçün 50,9 milyard dollar xərcləməyi planlaşdırıb. Bu, 2015-ci ildəki məbləğdən 21% (64,2 milyard dollar) azdır.
Növbəti il müdafiə xərcləri, əsasən Əfqanıstandakı əməliyyatları, İŞİD-ə qarşı mübarizəni, Terrorçuluğa qarşı mübarizə tərəfdaşlıq Fondunu, eləcə də NATO-dakı müttəfiqlərinin dəstəklənməsini əhatə edəcək.