Pentaqon: amerikalı hərbçilər 13 min İraq əsgərinə təlim keçiblər

Pentaqon: amerikalı hərbçilər 13 min İraq əsgərinə təlim keçiblər Daha dörd min iraqlı hərbçinin təlimi yekunlaşmayıb
Digər ölkələr
12 Sentyabr , 2015 07:56
Pentaqon: amerikalı hərbçilər 13 min İraq əsgərinə təlim keçiblər

Bakı. 12 sentyabr. REPORT.AZ/ ABŞ hərbçiləri İŞİD-lə mübarizə aparmaq üçün İraq hərbi qüvvələrinin təlimini davam etdirirlər. "Report" TASS agentliyinə istinadən xəbər verir ki, Pentaqon sözçüsü Patrik Rayderin dediyinə görə, artıq 13 minə yaxın əsgər təlimləri başa vurub və Anbar vilayətindəki Ramadi şəhəri ətrafında gedən döyüşlərdə iştirak edir. Daha dörd min İraq hərbçisinin təlimi yekunlaşmayıb.

Pentaqonun verdiyi açıqlamaya görə, Birləşmiş Ştatlar İŞİD-lə mübarizə aparan İraq ordusuna dəstəyi artırılacaq.

Xatırladaq ki, iyun ayında ABŞ prezidenti Barak Obama İraqın xahişi əsasında bu ölkəyə daha 450 hərbi məsləhətçinin göndərildiyini açıqlamışdı. Beləliklə, İraqdaki amerikalı təlimçilərin ümumi sayı 3550-ə çatıb.

Son xəbərlər

Orphus sistemi