Yuxarı

Pentaqon: ABŞ və Rusiya arasında Suriyada əməkdaşlıq üzrə razılaşma yoxdur

Bəzi ziddiyyətlər aradan qaldırılıb

Bakı. 27 avqust. REPORT.AZ/ Hazırda ABŞ və Rusiya hərbçiləri arasında Suriyada əməkdaşlığa dair heç bir razılaşma yoxdur.

"Report" xəbər verir ki, bunu şənbə günü RİA "Novosti"yə Pentaqonun rəsmi nümayəndəsi Piter Kuk deyib.

"Müzakirələrdə uzunmüddətli qərarların qəbul edilməsi üzrə yaranan bəzi ziddiyyətlər aradan qaldırılıb, lakin dövlət katibinin dediyi kimi, hələ həll olunmalı məsələlər qalmaqdadır. Hazırda saziş yoxdur", - deyə Kuk bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi