"ABŞ Rusiyanın hərbi müdaxiləsi zamanı Ukraynaya kibertəhlükəsizliyini gücləndirməyə kömək edir".
"Report" TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Kiber Komandanlığının rəhbəri general Pol Nakasone deyib.
Onun sözlərinə görə, ABŞ Kiber Komandanlığı indiki Rusiya-Ukrayna böhranına operativ reaksiya verir.
Nakasone əlavə edib ki, ABŞ Kiber Komandanlığının səyləri artıq həm ABŞ-ın, həm də Ukraynanın müdafiə qabiliyyətini artırıb.
General, həmçinin bildirib ki, komandanlıq Ukraynadakı vəziyyət fonunda infrastruktur sektorlarında təhlükəsizliyin gücləndirilməsinin zəruriliyi barədə dərhal ABŞ hökumətinə məlumat verib.