Pentaqon ABŞ-ın kosmik qüvvələrinin yaradılması xərclərini açıqlayıb

Pentaqon ABŞ-ın kosmik qüvvələrinin yaradılması xərclərini açıqlayıb Bakı. 16 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın iyunda elan etdiyi kosmik qüvvələrinin yaradılması Birləşmiş Ştatların büdcəsinə 5-10 milyard dollara başa gələcək.
Digər ölkələr
16 Noyabr , 2018 06:54
Pentaqon ABŞ-ın kosmik qüvvələrinin yaradılması xərclərini açıqlayıb

Bakı. 16 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın iyunda elan etdiyi kosmik qüvvələrinin yaradılması Birləşmiş Ştatların büdcəsinə 5-10 milyard dollara başa gələcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin müavini Patrik Şanahan bildirib.

Şanahanın fikrincə, Birləşmiş Ştatlar yeni qoşunlar üçün 10 milyard dollardan artıq xərcləyə bilməz. Məbləğin az olması çox yaxşı olardı.

Sentyabrda ABŞ-ın hərbi hava qüvvələri naziri Hezer Uilson bildirib ki, Birləşmiş Ştatların mükəmməl kosmik qüvvələrinin yaradılması üçün 5 il ərzində təxminən 12,9 milyard dollar lazım olacaq.

ABŞ prezidenti Donald Tramp iyunun 18-də kosmik qüvvələrin yaradılması haqqında sərəncam imzalayıb. Birləşmiş Ştatların vitse-prezidenti Maykl Pens bildirib ki, ABŞ hökuməti onun təşkilati əsasını 2020-ci ilədək formalaşdırmağı planlaşdırır.

Son xəbərlər

Orphus sistemi