Yuxarı

Pentagon rəhbəri: Birləşmiş Ştatlar Əfqanıstandakı missiyanın detallarını yenidən nəzərdən keçirir

ABŞ-ın yeni müdafiə naziri Əfqanıstandadır

Bakı. 23 Fevral. REPORT.AZ/ ABŞ-ın yeni müdafiə naziri Eşton Karter ABŞ qoşunlarının qarşıdakı iki il ərzində Əfqanıstanвdan çıxması planını nəzərdən keçirib.

"Report" Amerikanın Səsi-nə istinadla xəbər verir ki, Əfqanıstana səfərinin ikinci günü E.Karter paytaxt Kabildən Qəndəhara gedərək Əfqanıstan liderləri və Amerika ordu komandirləri ilə görüşüb.

Karterə Əfqanıstan təhlükəsizlik qüvvələrinə keçilən təlim barədə qısa məlumat verilib.

Yeni nazir deyib ki, Birləşmiş Ştatlar Əfqanıstandakı missiyanın detallarını yenidən nəzərdən keçirir. O, buraya ABŞ qoşunlarının ölkədən çıxarılmasının ləngidilməsi məsələsinin də daxil olduğunu deyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi