Pens: "ABŞ-ın Cənubi Koreya ilə hərbi təlimləri davam edəcək"

Pens: "ABŞ-ın Cənubi Koreya ilə hərbi təlimləri davam edəcək" Pentaqon nümayəndəsinin sözlərinə görə, ABŞ hərbçiləri Cənubi Koreyada təlimlərin dayandırılması barədə təlimat almayıb
Digər ölkələr
13 İyun , 2018 12:10
Pens: ABŞ-ın Cənubi Koreya ilə hərbi təlimləri davam edəcək
JUNG YEON-JE / AFP - Getty Images
0 : 00
0 : 00

Bakı. 13 iyun. REPORT.AZ/ ABŞ Prezidenti Donald Trampın KXDR ilə uğurlu danışıqların qarşılığında dayandırılmasına söz verdiyi ABŞ ilə Cənubi Koreyanın birgə hərbi təlimləri davam etdiriləcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, senator Kori Qardnerin sözlərinə görə, bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib.

Trampın bəyanatı Respublikaçılar Partiyasında qarışıqlığa səbəb olub və Pens partiya üzvlərini sakitləşdirməyə çalışıb. Senator K.Qardner qeyd edib ki, Mayk Pens administrasiyanın prezidentin konkret nədən danışdığını öyrənməyə çalışacağını və Cənubi Koreya ilə təlimlərin davam etdiriləcəyini vurğulayıb.

Amma Pensin kommunikasiya üzrə direktoru Carrod Eygen "Twitter"də vitse-prezidentin Cənubi Koreya ilə hərbi təlimlərin davam etdiriləcəyini demədiyini yazıb.

Pentaqonun nümayəndəsi qeyd edib ki, ABŞ hərbçiləri hələlik Cənubi Koreyada təlimlərin dayandırılması barədə heç bir təlimat almayıb.

Son xəbərlər

Orphus sistemi