Pentaqon: “Əl Qaida” və İŞİD Əfqanıstandadır

Pentaqon: “Əl Qaida” və İŞİD Əfqanıstandadır “Əl Qaidə” və İŞİD terror təşkilatları Əfqanıstanda mövcudluqlarını qoruyub saxlayırlar, lakin onların üzvlərinin sayı Amerikaya məlum deyil.
Digər ölkələr
20 Avqust , 2021 23:45
Pentaqon: “Əl Qaida” və İŞİD Əfqanıstandadır
Foto: U.S. Air Force/Sgt. Ken Hammond
0 : 00
0 : 00

“Əl Qaida” və İŞİD terror təşkilatları Əfqanıstanda mövcudluqlarını qoruyub saxlayırlar, lakin onların üzvlərinin sayı Amerikaya məlum deyil.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyinin nümayəndəsi Con Kirbi deyib.

“Biz bilirik ki, “Əl Qaida” İŞİD kimi Əfqanıstanda mövcuddur. Biz hesab etmirik ki, (onların döyüşçülərinin sayı - red) həddən artıq çoxdur, amma bizdə sizin üçün dəqiq rəqəm yoxdur”, - Pentaqon rəsmisi qeyd edib.

ABŞ Əfqanıstanda amerikalılar barəsində zorakılıq haqqında xəbərlərdən narahatdır. Amerika rəsmiləri “taliblər”ə bunun qəbuledilməz olduğunu bildiriblər.

Son xəbərlər

Orphus sistemi