Pəncşir müqavimət qüvvələri Paryan rayonuna nəzarəti ələ alıb

Pəncşir müqavimət qüvvələri Paryan rayonuna nəzarəti ələ alıb Əfqanıstanın Pəncşir əyalətinin şimal-şərq hissəsində "Taliban" min nəfərlik qrupu müqavimət qüvvələri tərəfindən mühasirəyə alınıb.
Digər ölkələr
5 Sentyabr , 2021 13:08
Pəncşir müqavimət qüvvələri Paryan rayonuna nəzarəti ələ alıb

Əfqanıstanın Pəncşir əyalətinin şimal-şərq hissəsində "Taliban" min nəfərlik qrupu müqavimət qüvvələri tərəfindən mühasirəyə alınıb.

"Report" xəbər verir ki, bu barədə əfqanıstanlı jurnalist, Milli Müqavimət Cəbhəsinin mətbuat katibi Fahim Daşti sosial şəbəkələrdə məlumat verib.

"Sentyabrın 4-də gecə saatlarında və bu gün səhər qrupun əksəriyyəti məhv edildi, sağ qalanlar isə yerli əhali tərəfindən geri oturdulub", - Daşti bildirib.

Daşti əlavə edib ki, əyalətin digər bölgələri, o cümlədən şərq hissəsindəki Paryan yüksəkliklərinə də nəzarət müavimət qüvvələrinin əlindədir.

Son xəbərlər

Orphus sistemi