Yuxarı

Pekinin daimi sakinlərinin və şəhərdə qeydiyyatda olanların sayı 22 milyon nəfərə çatıb

Paytaxtın dövlət orqanları sakinlərin sayını ixtisara salmaq niyyətindədir

Bakı. 23 yanvar. REPORT.AZ/ Ötən ilin sonunda Çinin paytaxtı Pekin şəhərində daimi yaşayan və qeydiyyatda olan sakinlərin sayı 21,7 milyon nəfər olub.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi Pekinin Statistika Bürosuna istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, 2016-cı ilin sonunda Pekində qeydiyyatda olan sakinlərin sayı 18,8 milyon nəfər təşkil edib. Paytaxt əhalisinin 73,7 faizini əmək qabiliyyəti olan 15-59 yaşlı şəxslər təşkil edir. Yaşı 14-dən az olanlar 10,3, 60-dan yuxarı olanlar isə paytaxt əhalisinin 16 faizini təşkil edir.

Paytaxtın dövlət orqanları 2020-ci ildə Pekin əhalisinin sayının 23 milyon nəfər miqyasında saxlamağı və daimi sakinlərin sayını 2014-cü illə müqayisədə 15 faiz ixtisara salmaq niyyətindədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi