​Pekində pələng park ziyarətçilərinə hücum edərək bir nəfəri parçalayıb

​Pekində pələng park ziyarətçilərinə hücum edərək bir nəfəri parçalayıb Hadisə ziyarətçilərin təhlükəsizlik qaydalarını pozması nəticəsində baş verib
Digər ölkələr
24 İyul , 2016 10:26
​Pekində pələng park ziyarətçilərinə hücum edərək bir nəfəri parçalayıb

Bakı. 24 iyul. REPORT.AZ/ Pekin şəhəri ətrafında yerləşən vəhşi Badalin təbiəti parkında Sibir pələngi ziyarətçilərə hücum edib, 1 qadın ölüb, daha biri yaralanıb.

"Report" xəbər verir ki, insident şənbə günü qadın səyahətçilərin park ərazisinə gələrək təhlükəsizlik qaydalarını pozması nəticəsində baş verib.

Belə ki, qadınlar park ərazisində onları gəzdirən avtomobili tərk ediblər və bu zaman yaxınlıqda olan pələng gizləndiyi yerdən onlara hücum edib.

Nəticədə qadınlardan biri aldığı xəsarətlərdən yerində keçinib, digər qadın isə yaralı vəziyyətdə xəstəxanaya aparılıb.

Son xəbərlər

Orphus sistemi