Pekində naməlum şəxs məktəbdə 20 uşağı yaralayıb

Pekində naməlum şəxs məktəbdə 20 uşağı yaralayıb Bakı. 8 yanvar. REPORT.AZ/ Çinin paytaxtı Pekində naməlum şəxs ibtidai məktəblərdən birinə hücum edib.
Digər ölkələr
8 Yanvar , 2019 11:38
Pekində naməlum şəxs məktəbdə 20 uşağı yaralayıb
0 : 00
0 : 00

Bakı. 8 yanvar. REPORT.AZ/ Çinin paytaxtı Pekində naməlum şəxs ibtidai məktəblərdən birinə hücum edib.

"Report" RİA "Novosti"ye istinadən xəbər verir ki, bu barədə paytaxtın Siçen rayonunun mətbuat xidmətindən bildirilib.

İlkin məlumatlara görə, ümumilikdə 20 uşaq xəsarət alıb, məktəblilər xəstəxanaya yerləşdiriliblər, onlardan 3-ü ağır vəziyyətdədir. Hazırda onların həyati təhlükəsi yoxdur.

Polis şübhəli kişini hadisə yerində saxlayıb.

Onun nə ilə silahlandığı və addımının motivləri barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi