Pekində leysan yağışları ilə əlaqədar yüksək təhlükə səviyyəsi elan edilib

Pekində leysan yağışları ilə əlaqədar yüksək təhlükə səviyyəsi elan edilib Bakı. 24 iyul. REPORT.AZ/ Bu gün Çinin paytaxtı Pekində bir neçə gündür davam edən və daşqınlara, sürüşmələrə və dağ süxurlarının aşınmasına səbəb ola biləcək leysan yağışları səbəbiylə yüksək təhlükə səviyyəsi - narıncı səviyyə elan edilib.
Digər ölkələr
24 İyul , 2018 12:19
Pekində leysan yağışları ilə əlaqədar yüksək təhlükə səviyyəsi elan edilib
China Daily
0 : 00
0 : 00

Bakı. 24 iyul. REPORT.AZ/ Bu gün Çinin paytaxtı Pekində bir neçə gündür davam edən və daşqınlara, sürüşmələrə və dağ süxurlarının aşınmasına səbəb ola biləcək leysan yağışları səbəbiylə yüksək təhlükə səviyyəsi - narıncı səviyyə elan edilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, yerli meteoroloqlar Pekində havanın pisləşməsinin ötən həftəsonu Şanxayı, eləcə də Çjetszyan və Tszyansu vilayətlərinə cənginə alan "Ampil" tayfunu ilə birbaşa bağlı olduğunu düşünürlər. Tayfun dünəndən şimal-qərb istiqamətində hərəkət edəırək materikin dərinliklərinə təsir etməyə başlayıb. Bu da özünü ölkənin şimal bölgəsində, o cümlədən Pekin, Tyantszin və Hebey vilayətinin hava şəraitinə ciddi təsir göstərib.

Şəhər administrasiyası sakinlərə diqqətli və son dərəcə ehtiyatlı olmağı, zəruri hallarda isə dərhal yardım üçün müraciət olunmasını tövsiyə edir.

Son xəbərlər

Orphus sistemi