Pekinin şimal-şərqindəki Dunsindyan kəndində icazəsiz tikilidə baş verən yanğın nəticəsində azı 4 nəfər ölüb, 5 nəfər yaralanıb.
“Report” “Sinxua” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət məlumat yayıb.
Bildirilib ki, 54 nəfər təxliyə edilib, 5 nəfərə tibbi yardım göstərilir.
İlkin məlumata görə, yanğına səbəb elektriklə işləyən velosiped olub.