Pekində bıçaqla silahlanmış şəxs supermarket müştərilərinə hücum edib

Pekində bıçaqla silahlanmış şəxs supermarket müştərilərinə hücum edib Bir qadın ölüb, daha 12 nəfər yaralanıb
Digər ölkələr
12 Fevral , 2018 04:13
Pekində bıçaqla silahlanmış şəxs supermarket müştərilərinə hücum edib

Bakı. 12 fevral. REPORT.AZ/ Çinin paytaxtı Pekin şəhərinin mərkəzində yerləşən Sidan rayonunda bıçaqla silahlanmış kişi supermarketlərdən birinin müştərilərinə hücum edib. Nəticədə bir qadın aldığı yaralardan keçinib, daha 12 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Pekin polisi "Weibo" sosial şəbəkəsində məlumat yayıb.

Bildirilir ki, 35 yaşı olan kişi bazar günü yerli vaxtla günorta 13.00 radələrində (Bakı vaxtı ilə 9:00-da) hələ ki, məlum olmayan səbəblərdən "Joy City" supermarketinin müştərilərinə hücum edib.

Hadisə yerinə çağırılan polis əməkdaşları kişini tutublar. Hazırda o, dindirilir.

Son xəbərlər

Orphus sistemi