Yuxarı

Pekin milyarderlərin sayına görə Nyu-Yorku üstələyib

Hazırda dünyada var-dövləti 1 milyard dollardan çox olan 2 188 nəfər yaşayır

Bakı. 24 fevral. REPORT.AZ/ Pekin şəhəri orada yaşayan milyarderlərin sayına görə Nyu-Yorku üstələyib.

"Report" BBC-yə istinadən xəbər verir ki, hər il dünyada milyarderlərin sayı haqqında hesabat hazırlayan Şanxayın "Hurun" şirkətinin məlumatına görə, Çinin paytaxtı həm də ən zənginlərin yeni paytaxtı olub.

Bu şəhərdə yaşayan milyarderlərin sayı bir ildə 95-dən 100-ə çatıb.

Araşdırmalara görə, hazırda dünyada var-dövləti 1 milyard dollardan çox olan 2 188 nəfər yaşayır. Onlardan 47-nin heç 40 yaşı tamam olmayıb.

Dollar milyarderlərinin sayı baxımından ilk üçlükdə Çin və ABŞ ilə yanaşı, Hindistan da yer alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi