Patruşev: "Rusiya yeni silahlanma yarışına girmək istəmir"

Patruşev: "Rusiya yeni silahlanma yarışına girmək istəmir" "Moskva böyük xərclər tələb edən böhranların yaranmasına qarşıdır və xarici siyasətini də məhz bu istiqamətdə qurur"
Digər ölkələr
22 Dekabr , 2015 21:12
Patruşev: Rusiya yeni silahlanma yarışına girmək istəmir

Bakı. 22 dekabr. REPORT.AZ/ "Rusiya beynəlxalq müstəvidə yeni qarşıdurmalarının yaranmasını və dərinləşməsini arzu etmir. Bu səbəbdən də silahlanma yarışına girmək niyyətində deyil". "Report"-un RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

Onun sözlərinə görə, rəsmi Moskva böyük xərclər tələb edən böhranların yaranmasına qarşıdır və xarici siyasətini də məhz bu istiqamətdə qurur.

Patruşev hesab edir ki, silah ancak siyasi, iqdisadi, diplomatik və digər vasitələr nəticə vermədikdə istifadə edilə bilər: "Gücün tətbiqi sonuncu ehtimaldır". 

Son xəbərlər

Orphus sistemi