Çində yaşayış binasında partlayış olub, ölənlər və yaralananlar var

Çində yaşayış binasında partlayış olub, ölənlər və yaralananlar var Bakı. 31 yanvar. REPORT.AZ/ Çində yaşayış binasında güclü partlayış olub.
Digər ölkələr
1077
31 Yanvar , 2019 07:09
Çində yaşayış binasında partlayış olub, ölənlər və yaralananlar var

Bakı. 31 yanvar. REPORT.AZ/ Çində yaşayış binasında güclü partlayış olub.

“Report” xəbər verir ki, bu barədə “Sinxua” məlumat yayıb.

Məlumata görə, hadisə Çançun şəhərinin mərkəzinə yaxın yaşayış binasının 4-cü mərtəbəsində baş verib. Partlayış zamanı 8 nəfər həlak olub, daha 3 nəfər yaralanıb.

Qeyd edilir ki, hadisəyə maye qazdan istifadə qaydasının pozulması səbəb olub. 

Daha əvvəl Çinin Hebey əyalətinin kimyəvi maddələr zavodu yaxınlığında baş vermiş partlayış nəticəsində 22 nəfər ölüb, daha 22 nəfər isə yaralanıb.

Son xəbərlər

Orphus sistemi