Əfqanıstanda mədəndə partlayış nəticəsində 8 nəfər ölüb, yaralananlar var

Əfqanıstanda mədəndə partlayış nəticəsində 8 nəfər ölüb, yaralananlar var Bakı. 18 yanvar. REPORT.AZ/ Əfqanıstanda qızıl mədənində partlayış olub.
Digər ölkələr
18 Yanvar , 2019 07:53
Əfqanıstanda mədəndə partlayış nəticəsində 8 nəfər ölüb, yaralananlar var

Bakı. 18 yanvar. REPORT.AZ/ Əfqanıstanda qızıl mədənində partlayış olub.

Bu barədə "Report" "Tolo News"a istinadən xəbər verir.

Məlumata görə, hadisə Bədəhşan vilayətində, Raqistan adlı ərazidə baş verib. Partlayış nəticəsində 8 nəfər həlak olub, həmçinin 2 nəfər xəsarət alıb. Yaralıların vəziyyəti barədə məlumat verilmir.

Hadisənin təfərrüatı açıqlanmır. 

Daha əvvəl Əfqanıstanın paytaxtı Kabildə baş verən terror aktında 90 nəfər yaralanıb. 

Son xəbərlər

Orphus sistemi