Yuxarı

Parisin şərqindəki mağazaya hücum edən şəxs öldürülüb - YENİLƏNİB 2

Girovlardan bəziləri ölüb, bir polis əməkdaşı yaralanıb.

Bakı. 9 yanvar. REPORT.AZ/ Parisin şərqində Vincennes darvazası yaxınlığında yerləşən mağazaya hücum edərək ən azı iki nəfəri qətlə yetirən, çox sayıda insanı girov götürən 32 yaşlı Amedi Kulibali Fransa hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində öldürülüb.

Bu barədə "Report" "France Presse" agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, marketə daxil olan polis əməkdaşları ilə terrorçu arasında baş verən atışma zamanı ən azı dörd partlayış səsi eşidilib.

"Charlie Hebdo" nəşrinin redaksiyasına hücum etməkdə şübhəli bilinən Kuaşi qardaşları ilə əlbir olduğu iddia edilən bu şəxs öldürülüb, bir polis əməkdaşı yaralanıb. 15 girov azad edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi