Bakı. 23 yanvar. REPORT.AZ/ "Fransada terror təhlükəsi azalmayıb, elə yüksək səviyyədə qalmaqdadır".
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu RTL radiostansiyasının efirində Parisin prokuroru Fransua Molen deyib.
O bildirib ki, ölkədə terror hücumları təhlükəsi simasını dəyişib və daxildən gəlir: "İndi xüsusi xidmət orqanlarına tanış olmayan insanlar təhlükə mənbəyinə çevriliblər".
Qeyd edək ki, bu radiostansiya dünən Terror Təhlili Mərkəzinin (CAT) hesabatını yayımlayıb. Hesabatdan aydın olur ki, 2017-ci ildə Avropada terror hücumlarının həyata keçirilməsinə cəhdlərin sayı 2016-cı ilə nisbətən artıb. Həmçinin 2017-ci ildə 15, 2016-cı ildə isə 14 terror aktının törədildiyi bildirilib.