Yuxarı
    Bağlamaq

    Parisin Monso parkına ildırım düşməsi nəticəsində 10 uşaq xəsarət alıb

    Uşaqlardan 6-sı ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər

    Bakı. 29 may. REPORT.AZ/ Parisin şimal qərbindəki Monso parkına ildırım düşməsi nəticəsində 10 uşaq və xəsarət alıb. “Report” xəbər verir ki, bu barədə yanğın-mühafizə xidmətinə istinadən “France info” radiostansiyası məlumat yayıb.

    Məlumata görə, uşaqlardan 6-sı ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Hadisə azyaşlıların valideynləri ilə birlikdə doğum gününü qeyd edərkən baş verib.

    İldırım vurması təhlükəsı qısa, lakin çox güclü olub. Hadisə zamanı daha bir nəfər xəsarət alıb.

    Artıq üç gündür ölkənin hər yerində bəzən güclü dolu ilə müşayiət edilən ildırım təhlükəsi mövcuddur.

    Fransanın İsveçrə ilə sərhədinin yaxınlığındakı şəhərlərindən birində 1500 ildırım çaxması hadisəsi qeydə alınıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi