​Parisin məşhur muzeyində yanğın baş verib

​Parisin məşhur muzeyində yanğın baş verib Hadisə nəticəsində iki nəfər xəsarət alıb
Digər ölkələr
20 Avqust , 2015 11:55
​Parisin məşhur muzeyində yanğın baş verib

Bakı. 20 avqust. REPORT.AZ/ Fransanın paytaxtı Parisin şimal-şərqində yerləşən Elm və sənaye muzeyində ("Cite des sciences et de lindustrie de La Villette") yanğın baş verib. 

"Report" xəbər verir ki, bu haqda Fransanın "Franceinfo" radiostansiyası məlumat yayıb.

Yanğın 10 min kv. metr sahəni əhatə edib. Hadisə yerinə 120 yanğınsöndürən maşın cəlb edilib. Yanğının baş vermə səbəbi məlum deyil. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Məlumata görə, muzey kompleksinin yaxınlığından keçən tramvay xəttində hərəkət dayandırılıb. 

Son xəbərlər

Orphus sistemi