Fransa paytaxtının əhalisi hər il 12 min nəfər azalır

Fransa paytaxtının əhalisi hər il 12 min nəfər azalır Paris. 7 yanvar. REPORT.AZ/ Fransa paytaxtının əhalisi hər il 12 min nəfər azalır.
Digər ölkələr
7 Yanvar , 2019 03:24
Fransa paytaxtının əhalisi hər il 12 min nəfər azalır

Paris. 7 yanvar. REPORT.AZ/ Fransa paytaxtının əhalisi hər il 12 min nəfər azalır.

“Report“un Qərbi Avropa bürosu bildirir ki, Fransanın Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutunun yeni ildə dərc etdiyi son hesabatda hər il paytaxtdan minlərlə insanın Parisətrafı şəhərlərə yaxud Fransanın digər regionlarına köçdüyü bildirilir.

Hesabatda qeyd olunur ki, 2011-2016-cı illər ərzində paytaxt əhalisi 59 min 648 nəfər azalıb. Tədqiqatlara görə, bu azalma daimi tendensiya alıb və 2025-ci ilə qədər davam edəcək.

Bundan əvvəlki araşdırmalar 2006-cı ilə kimi Paris əhalisinin ildə 13 min 700 nəfər artdığını göstərirdi.

Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutun hesabatında Parisdə yaşayan ailələrin Fransanın digər şəhərlərində yaşayan ailələrə nisbətən daha az övladlarının olduğu göstərilir. Bununla bərabər, Parisdə doğulan uşaqların sayı da azalmaqdadır. Belə ki, 2000-ci ildə Parisdə 31 min 940 uşaq doğulmuşdusa, 2016-cı ildə bu rəqəm 28 min 384-ə enib.

Hesabatda paytaxtdakı kəskin əhali azlığının əsas səbəbi mənzillərin qiymətlərinin və kirayə haqlarının həddindən artıq yüksək olması göstərilir. Parisdəkı evlərin hər kvadrat metri 2016-cı ildə 5 min 650 avro idisə, 2018-ci ildə 9 min 500 avroya satılıb. Kirayə haqlarının bahalaşmasına səbəb paytaxtda xarici turistlərin həddindən artıq çoxluq təşkil etməsidir.

Daha əvvəl Fransa əhalisinin yarıdan çoxu miqrantların qəbuluna qarşı çıxıb.

Son xəbərlər

Orphus sistemi