Parisin "Bataklan" konsert zalı terror aktından sonra yenidən açılıb

Parisin "Bataklan" konsert zalı terror aktından sonra yenidən açılıb Terror aktı nəticəsində 120-dən çox insan öldürülüb
Digər ölkələr
13 Noyabr , 2016 09:55
Parisin Bataklan konsert zalı terror aktından sonra yenidən açılıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Parisdə 120 nəfərin ölümü ilə nəticələnən terror aktının ildönümündə Stinqin konserti ilə yenidən fəaliyyətə başlaycaaq "Bataklan" konsert zalı qarşısında növbə yaranıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, insanlar konsertin keçiriləcəyi binanın qarşısına gül dəstələri və şam aparırlar.

Zalın qarşısına toplaşanlar arasında 13 noyabr 2015-ci il tarixində Parisdə edilən terror hücumu nəticəsində ölənlərin qohumları, dostları və yaxınları var.

Silsilə terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi