Parisdəki hadisə ilə bağlı ABŞ-da təhlükəsizlik tədbirləri gücləndirilib

Parisdəki hadisə ilə bağlı ABŞ-da təhlükəsizlik tədbirləri gücləndirilib Ən əsas da insanların və turistlərin sıx olduğu ərazilərdə tədbirlər gücləndirilib
Digər ölkələr
14 Noyabr , 2015 12:22
Parisdəki hadisə ilə bağlı ABŞ-da təhlükəsizlik tədbirləri gücləndirilib

Bakı. 14 noyabr. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə baş verən hücumlardan sonra ABŞ-ın böyük şəhərlərində analoji faktın olma ehtimalına qarşı təhlükəsizlik tədbirləri gücləndirilib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Nyu-Yorkun polis təşkilatı rəsmi açıqlama yayıb. 

Məlumata görə, ABŞ-da belə bir təhdid söz mövzusu olmasa da, hər ehtimala qarşı təhlükəsizlik tədbirləri yüksək səviyyəyə çatdırılıb: "Bəzi bölgələrə daha çox polis göndərilib. Ən əsas da insanların və turistlərin sıx olduğu ərazilərdə tədbirlər gücləndirilib. Eyni zamanda, Fransa dövlət qurumlarının olduğu yerlərdə də təhlükəsizlik tədbirləri artırılıb".

Bundan başqa, Nyu-Yorkun meri Endryu Kuomoya da bütün təhlükəsizlik qüvvələrinə hər an hazır vəziyyətdə olmaları barədə əmr verib.

Son xəbərlər

Orphus sistemi