Parisdə Zəfər tağının altında ucaldılan Avropa İttifaqının bayrağı götürülüb

Parisdə Zəfər tağının altında ucaldılan Avropa İttifaqının bayrağı götürülüb Fransanın Avropa Birliyinə sədrliyinin başlaması ilə əlaqədar bir neçə gün əvvəl Parisdə Zəfər tağı altında qoyulmuş Avropa İttifaqının bayrağı bir sıra siyasətçilərin tənqidindən sonra götürülüb.
Digər ölkələr
2 Yanvar , 2022 15:16
Parisdə Zəfər tağının altında ucaldılan Avropa İttifaqının bayrağı götürülüb

Fransanın Avropa Birliyinə sədrliyinin başlaması ilə əlaqədar bir neçə gün əvvəl Parisdə Zəfər tağı altında qoyulmuş Avropa İttifaqının bayrağı bir sıra siyasətçilərin tənqidindən sonra götürülüb.

“Report” “TASS”a istinadən xəbər verir ki, hazırda tağların altında nə Avropa, nə də Fransa bayrağı ucaldılıb.

Siyasi analitiklərin fikrincə, dövlət bayrağı ən mühüm məqamlarda Zəfər tağı altında dalğalanır. Fransa sonuncu dəfə 2008-ci ildə Avropa Birliyinə sədrlik edəndə Fransa bayrağı ilə yanaşı Avropa bayrağı da sancılmışdı.

Dekabrın 31-də Zəfər tağı altında Aİ bayrağının ucaldılması Fransa siyasi dairələrində tənqidlərə səbəb olub. Deputat Marin Le Pen respublikanın Dövlət Şurasına Fransa bayrağının Avropa bayrağı ilə əvəz edilməsinin yolverilməzliyinə işarə edərək şikayət göndərib.

Sağ mərkəzçi Respublikaçılar partiyasını parlamentdə təmsil edən Valeri Pekres öz növbəsində Fransa prezidenti Emmanuel Makronu dövlət bayrağını yerinə qaytarmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi