​Parisdə ticarət mərkəzindəki girovlar azad edilib

​Parisdə ticarət mərkəzindəki girovlar azad edilib Silahlı qarətçilər ticarət mərkəzinin geyim şöbəsindən paltar oğurlamağa cəhd göstərib
Digər ölkələr
13 İyul , 2015 14:53
​Parisdə ticarət mərkəzindəki girovlar azad edilib

Bakı. 13 iyul. REPORT.AZ/ Fransanın xüsusi təyinatlı polis dəstəsi Paris ətrafındakı Vilnyöv-la-Qarenn şəhərindəki ticarət mərkəzindəki girovların azad edilməsi əməliyyatını uğurla başa çatdırıb.

"Report" xəbər verir ki, bu haqda "France-Presse" məlumat yayıb.

Xəbərə görə, azad edilən 18 nəfərin hamısı səhər tezdən iş yerində olan ticarət mərkəzinin əməkdaşlarıdır.

Silahlı qarətçilər ticarət mərkəzinin geyim şöbəsindən paltar oğurlamağa cəhd göstərib. Bu zaman işçiləri girov götürüblər. Onlardan biri dostuna sms vasitəsi ilə hadisə haqda məlumat göndərib.

Xəbərə görə, girovlardan heç biri xəsarət almayıb. Qarətçilərin onlara qarşı zor tətbiq etməsi və ya hər hansı tələb irəli sürməsi barədə məlumat yoxdur. Sadəcə olaraq ticarət mərkəzi işçilərinin lazımi yerdə olmamaları bildirilir.

Silahlıların 2 yaxud, 3 nəfər olduğu, eləcə də onların ticarət mərkəzində qaldıqları, yoxsa qaçdıqları hələ bilinmir. 

Son xəbərlər

Orphus sistemi