Parisdə terror aktları törətməyi planlaşdıran 3 qadın həbs edilib

Parisdə terror aktları törətməyi planlaşdıran 3 qadın həbs edilib Saxlanılanlar dəmiryol stansiyasında və polis bölməsində partlayış törətməyi planlaşdırırmış
Digər ölkələr
13 Sentyabr , 2016 04:15
Parisdə terror aktları törətməyi planlaşdıran 3 qadın həbs edilib

Bakı. 13 sentyabr. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə avtomobilə qoyulmuş qaz balonlarını partlatmağı planlaşdıran 3 şübhəli qadına qarşı ittiham irəli sürülüb.

“Report” xəbər verir ki, bu barədə “France Presse” prokurorluqdakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, fransız polisi bundan əvvəl Parisə üzərində dövlət seriya nişanı olmayan avtomobil aşkarlayıb. Maşının salonunda bir boş, yük yerində isə qazla dolu 6 balon aşkarlayıb.

Avtomobildən həmçinin ərəb dilində yazılmış sənədlər də götürülüb. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, polis bundan sonra 19, 23 və 39 yaşlı 3 şübhəli qadını həbs edib. Onlardan biri İŞİD terror təşkilatına sədaqət andı içdiyi məlum olub.

Prokurorluğun məlumatına görə, saxlanılanlar həmçinin Paris regionunun dəmiryol stansiyasında və polis bölməsində partlayış törətməyi planlaşdırırmış. 

Son xəbərlər

Orphus sistemi