Yuxarı

​Parisdə Suriya ilə bağlı beynəlxalq görüş keçiriləcək

Toplantıya Rusiya dəvət olunmayıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Fransa Suriyadakı vəziyyətlə bağlı müxtəlif dövlətlərin iştirakı ilə yeni beynəlxalq görüş keçirməyi planlaşdırır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Fransa Xarici İşlər Nazirliyinin təmsilçisi Romen Nadal bildirib.

"Biz oktyabrın 27-də Parisdə əsasən regional dövlətlərin iştirakı ilə yeni görüş keçirəcəyik", - o vurğulayıb.

Məlumata görə, həmin toplantıya Rusiya dəvət olunmayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi