Parisdə turizm agentliyində 7 nəfəri girov götürən cani hadisə yerindən qaçıb - YENİLƏNİB

Parisdə turizm agentliyində 7 nəfəri girov götürən cani hadisə yerindən qaçıb - YENİLƏNİB Turizm agentliyində olan bütün girovlar azad edilib
Digər ölkələr
3 Dekabr , 2016 02:58
Parisdə turizm agentliyində 7 nəfəri girov götürən cani hadisə yerindən qaçıb - YENİLƏNİB

Bakı. 3 dekabr. REPORT.AZ/ Parisdə turizm agentliyinə daxil olaraq, 7 nəfəri girov götürən cinayətkar hadisə yerindən qaça bilib.

"Report" xəbər verir ki, bu barədə yerli BFM TV telekanalına şəhərin 13-cü dairəsinin meri Jerom Küve məlumat verib.

"Polis əməliyyatı başa çatıb. Turizm agentliyində olan bütün girovlar azad edilib. Lakin cinayatkar qaça bilib, hazırda o axtarılır", - deyə mer bildirib.

Müəssisəyə hücum qarət məqsədi ilə edilib.

***00:01

Fransanın paytaxtı Parisdə silahlı şəxs turizm agentliyində 7 nəfəri girov götürüb.

"Report" TASS-a istinadən xəbər verir ki, insident barədə Paris polisi məlumat verib.

Hadisə Parisin 13-cü dairəsi ərazisində — şəhərin cənub-şərq hissəsindəki Massena bulvarında, İtaliya meydanı yaxınlığında baş verib. Bura Parisin sözügedən dairəsinin insanların sıx olduğu yerlərindən biridir.

Bir məlumata görə, cinayətkar tapança ilə, digər bir məlumata görə isə bıçaq ilə silahlanıb. Girovlardan birinin bıçaqlandığına dair xəbər də yayılıb. Polis ərazini mühasirəyə alıb və qarətçilərlə danışıqlar aparır.

Son xəbərlər

Orphus sistemi