Yuxarı
    Bağlamaq

    Parisdə polis zorakılığına qarşı nümayiş keçirilib

    Nümayişçilər Hər yer polisdir, ədalət isə yoxdur kimi şüarlar səsləndiriblər

    Bakı. 19 mart. REPORT.AZ/ Parisdə minlərlə insan polis zorakılığına etiraz əlaməti olaraq küçələrə çıxıb.

    "Report" "Frans Press"ə istinadən xəbər verir ki, nümayişçilər "Ədalət və ləyaqət, polis cəzasızlığını dayandırın", "Hər yer polisdir, ədalət isə yoxdur", "Ədalət yoxdur, dinclik yoxdur" və s. kimi şüarlar səsləndiriblər.

    Nümayişçilər əllərində polisin qurbanı olduğu ehtimal edilən 13 nəfərin portretini tutublar.

    Mitinq zamanı hər hansı bir insidentin baş verməsi barədə məlumat yoxdur. Qeyd olunur ki, bu nümayiş polis özbaşnalığının qurbanı olanların qohumlarının təşəbbüsü ilə keçirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi