Parisdə polis axtarış zamanı 35 nəfəri saxlayıb

Parisdə polis axtarış zamanı 35 nəfəri saxlayıb Fransız polisi Parisə girişlərdə aparılan axtarış zamanı üzərindən qadağan edilmiş əşyalar tapılan insanları saxlayır.
Digər ölkələr
1 May , 2019 14:47
Parisdə polis axtarış zamanı 35 nəfəri saxlayıb

Fransız polisi Parisə girişlərdə aparılan axtarış zamanı üzərindən qadağan edilmiş əşyalar tapılan insanları saxlayır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Parisin Polis İdarəsinin rəsmi nümayəndəsi Letisiya Vallar bildirib.

"Saat 11:00-ə qədər artıq 35 nəfər saxlanılıb. Dünən axşamdan etibarən aparılan nəzarət prosedurları zamanı saxlanılan şəxslərdə benzin dolu qablar, dəyənəklər, çəkiçlər tapılıb", - o deyib. 

Polis rəsmisi hökumət orqanlarının 1 May nümayişlərində 2 minə qədər radikal düşüncəli "sarı jiletli" olacağını gözlədiyini vurğulayıb.

L.Vallar bildirib ki, asayişin qorunmasında qalxanlı polis məmurları ilə yanaşı, adi vətəndaş qiyafəsində nümayişçilər arasında olacaq hüquq-mühafizə orqanlarının əməkdaşları da iştirak edəcək: "Əsas məqsədimiz hər şey yaxşı getdiyindən, heç bir şey olmayacağından və heç kimin xəsarət almayacağından əmin olmaqdır".

Daha əvvəl Fransanın Daxili İşlər naziri Kristof Kastaner Parisdə 1 May nümayişlərində 7400 polis və jandarmın asayişi qoruyacağını söyləyib.

Son xəbərlər

Orphus sistemi