Parisdə partlayış nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb

Parisdə partlayış nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb Bakı. 13 yanvar. REPORT.AZ/ Fransanın paytaxtı Parisin mərkəzində yerləşən binada qazın partlaması və baş verən yanğın nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.
Digər ölkələr
13 Yanvar , 2019 16:30
Parisdə partlayış nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb

Bakı. 13 yanvar. REPORT.AZ/ Fransanın paytaxtı Parisin mərkəzində yerləşən binada qazın partlaması və baş verən yanğın nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə yerli prokurorluğa istinadən "France Info" nəşri yazıb.

Bildirilir ki, hadisə nəticəsində ölən 4-cü şəxsin meyiti binanın dağıntıları altından çıxarılıb.

Hadisə yanvarın 12-də Treviz küçəsində yerləşən çörək sexində qaz sızması nəticəsində baş verib. Əvvəlcə iki nəfərin öldüyü bildirilsə də, sonradan hadisə zamanı xəsarət alan İspaniya vətəndaşı xəstəxanada keçinib.

Son xəbərlər

Orphus sistemi