Bakı. 1 aprel. REPORT.AZ/ Şənbə günü Paris yaxınlığındakı Vilpent kommunasında keçirilən karnaval zamanı baş verən partlayış nəticəsində azı 5 nəfər ölüb, təqribən 20 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “Express” nəşri məlumat yayıb.
Partlayış Bakı vaxtı ilə 19.30-da qeydə alınıb.
İlkin ehtimala görə, partlayışa terror aktı deyil, bədbəxt hadisə səbəb olub. İnsident yerində polis və xilasedicilər işləyir.