Parisdə “Normand Dördlüyü” liderlərinin Ukrayna ilə bağlı görüşü başa çatıb

Parisdə “Normand Dördlüyü” liderlərinin Ukrayna ilə bağlı görüşü başa çatıb Fransanın paytaxtı Paris şəhərində “Normand Dördlüyü” (Rusiya, Fransa, Almaniya, Ukrayna) liderlərinin görüşü başa çatıb.
Digər ölkələr
9 Dekabr , 2019 23:07
Parisdə “Normand Dördlüyü” liderlərinin Ukrayna ilə bağlı görüşü başa çatıb

Fransanın paytaxtı Paris şəhərində “Normand Dördlüyü” (Rusiya, Fransa, Almaniya, Ukrayna) liderlərinin görüşü başa çatıb.

“Report” xəbər verir ki, görüş, təxminən, iki saat 20 dəqiqə davam edib.

Görüşdə Rusiya Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Angela Merkel, Ukrayna Prezidenti Vladimir Zelenski iştirak edib.

Qeyd olunub ki, ölkə rəhbərlərinin birgə mətbuat konfransı planlaşdırılıb. 

Lakin bundan əvvəl Rusiya Prezidenti Vladmir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında ikitərəfli görüş keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi